İstifadəçi qaydaları
Bu müqavilə “Alo De Gəlsin” MMC (bundan sonra “biz” , “Sayt”, “Degelsinonline.az”, “Platforma” kimi adlandırılacaq) ilə istifadəçilər (bundan sonra “Siz” adlandırılacaqdır) arasında razılaşdırılır.
Siz De Gelsin Online Market-in mobil tətbiqinə və veb-səhifəsinə hər hansı bir məhsuluna daxil olduqda və ya ona məxsus olan hər hansı bir xidmətdən istifadə etdikdə, siz məlumatlarınızı təqdim etdiynizi təsdiqləyir və bu məlumatların qanunvericiliyə uyğun olaraq emal olunmasına razılıq vermiş olursunuz. Qeyd edilən bütün məxfilik siyasəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmişdir və heç bir uyuşmazlıq yoxdur.
Ümumi anlayışlar
Siz Degelsinonline.az xidmətindən istifadə edən zaman sifarişi tamamlamazdan öncə sizə təqdim olunan qaydaları - “Məsafəli satış qaydalarını” oxuduğunuzu və razılaşdığınızı qəbul edirsiniz.
Degelsinonline.az sifariş olunan məhsulları, müəyyən olunan standartda, vəd olunan vaxt çərçivəsində, sifarişi təsdiq edən qəbz, əgər varsa, məhsulun istifadə qaydalarını sizə təhvil verməyi öz üzərinə götürür.
Fors-major halları
Tərəflər fors-major səbələrinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə “fors-major” termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları, nəqliyyat vasitəsində baş vermiş nasazlıq, qəza və s.nəzərdə tutulur.
Geri qaytarılma və dəyişdirilmə
Malların və məhsulların geri qaytarılması aşağıdakı hallar baş verir:
Belə olan halda birbaşa müştəri xidmətləri ilə əlaqə saxlanılmalı və geri qaytarılmalıdır.
Bəzi kateqoriyaya daxil olan məhsullar (məsələn, alt geyimləri və s.) gigiyena qaydaları səbəbindən geri qaytarıla bilməz.
Məhsullar məhsul qəbzi, orijinal qablaşdırmasında, istifadəyə yararlı olduğu halda 14 gün ərzində geri qaytarıla bilər. Lakin bu barədə 3 gün ərzində Degelsinonline.az-a məlumat təqdim olunmalıdır. Geri qaytarma xərcləri müştəri tərəfindən qarşılanır.
Məlumatların dəqiqliyi və tamlığı
İstifadəçilər tərəfindən verilən məlumatların dəqiqliyi və vaxtında olması istifadəçilərin məsuliyyətidir. Məlumatlarınız həqiqətlə bizə ötürülməli və məlumatlarınızda dəyişiklik olarsa yenilənməlidir.